AZ

Çinə köçən rusların sayı 50 minə çatdı

Yazını böyüt
Yazını kiçilt

Son illər Rusiyadan Çinə köçənlərin sayı xeyli artıb. Rusiya Elmlər Akademiyasına bağlı Federal Sosioloji Araşdırmalar Mərkəzinin yeni araşdırmasına görə, hər il təxminən 11 min Rusiya vətəndaşı Çinə köçür. Hazırda Çində daimi yaşayan rusların sayının 50 minə çatdığı təxmin edilir. Mühacirlərin əksəriyyəti iqtisadi səbəblərdən Çinə üstünlük versə də, son zamanlar miqrasiya motivləri arasında biznes qurmaq, yüksək maaşlı vəzifələrdə çalışmaq və təhsil kimi amillər də ön plana çıxıb.

Hafta.az-ın “Nezavisimaya qazeta”ya istinadən yazdığına görə, xüsusilə böyük şəhərlərdə yaşayan rus icmaları Çinin iqtisadi strukturuna inteqrasiya olunub. Pekin, Şanxay, Quançjou və Harbin kimi şəhərlərdə minlərlə rus immiqrantı var. Bundan əlavə, Sincan Uyğur Muxtar Rayonu və Daxili Monqolustan kimi bölgələrdə tarixən rus mənşəli icmalar mövcud olmağa davam edir. Bu bölgələrdəki rus məskənləri Çin hökuməti tərəfindən mədəni turizm layihələri çərçivəsində qiymətləndirilir və çinli turistlər üçün cazibə mərkəzlərinə çevrilir.

Rus immiqrantları arasında müxtəlif qruplar seçilir. Çin şirkətlərində çalışan mühəndis, müəllim, həkim və akademiklərlə yanaşı, Çin vətəndaşları ilə evlənən rus qadınlarının sayında da ciddi artım var. Bundan əlavə, Sibir və Uzaq Şərqdən olan təqaüdçülər “qış aylarını keçirmək” üçün Çinin cənub bölgələrində müvəqqəti və ya daimi immiqrasiya statusu ilə yaşamağa davam edirlər.

Seçilən
24
hafta.az

1Mənbələr