AZ

Paşinyan ABŞ-dadır

Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və xanımı Anna Akopyan fevralın 3-dən 7-dək Amerika Birləşmiş Ştatlarında işgüzar səfərdə olacaq.

Modern.az xəbər verir ki, baş nazir səfər çərçivəsində Vaşinqtonda keçiriləcək 5-ci İllik Beynəlxalq Dini Azadlıq Sammitində, həmçinin “Milli Namaz Səhər yeməyi”ndə iştirak edəcək.

Onun bir sıra digər görüşləri də nəzərdə tutulub.

Ermənistan KİV-nin məlumatına görə, Paşinyanın Amerikadakı erməni icmasının nümayəndələrilə görüşəcəyi də gözlənilir.
 

Seçilən
3
3
modern.az

5Mənbələr