Avropada gübrə istehsalı əsasən təbii qazın qiymətindən asılıdır. Yüksək qaz xərcləri Avropa şirkətləri üçün Rusiya ilə rəqabəti çətinləşdirir. Komissiya iyuldan etibarən Rusiya və Belarusa qarşı gömrük rüsumlarının mərhələli şəkildə artırılmasını təklif etsə də, bəzi Aİ istehsalçıları bunu kifayət qədər effektiv saymır.
BƏƏ-nin Fertiglobe şirkətinin rəhbəri Əhməd Əl-Xoşi bildirib ki, Avropa istehsalçıları yüksək əmək və enerji xərcləri ilə qarşılaşır. Onun fikrincə, rüsumların artırılması sektoru qorumağa kömək edəcək.
Bundan əvvəl Aİ Rusiyadan bəzi kənd təsərrüfatı məhsullarına və azot gübrələrinə rüsumlar tətbiq etməyi qəbul etmişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31