![Image](https://baki-xeber.com/uploads/posts/2025-02/a655893bca37a55918d7747cec15368f.webp)
ABŞ Prezidenti Donald Tramp bu dəfə daha bir ölkəyə qadağa qoyub. Məlum olub ki, Ağ Ev insan haqlarının pozulması iddiası ilə bağlı təhqiqat aparılana qədər Cənubi Afrika Respublikasına (CAR) bütün maliyyə yardımını dayandıracaq. Bu barədə ABŞ lideri “Truth Social” sosial şəbəkəsində yazıb.
"Cənubi Afrika Respublikasında torpaqlar müsadirə olunur və müəyyən təbəqələrə qarşı çox pis rəftar edirlər. Radikal sol medianın dilə gətirmək belə istəmədiyi iyrənc bir vəziyyətdir. Ən azı, insan haqlarının kütləvi pozuntuları göz qabağındadır. Birləşmiş Ştatlar buna dözməyəcək, biz hərəkətə keçəcəyik.", - o yazıb.
Mətləb Salahov