![Image](https://baki-xeber.com/uploads/posts/2025-02/0f5cfea0-417b-3b36-9613-dfb0df6ad28e_850.webp)
"Qalatasaray"ın futbolçusu Viktor Nelsson İtaliya təmsilçisi "Roma"ya keçir. Bu iddia ilə İtaliya mətbuatı çıxış edib. Mətbuatın yazdığına görə, artıq tərəflər arasında razılıq əldə olunub. 2021-ci ildən İstanbul klubunun formasında çıxış edən 26 yaşlı norveçli müdafiəçi mövsümün sonunadək icarə əsasında "canavarlar"da çıxış edəcək. "Roma" onu almaq hüququna da malik olacaq.
Mətləb