Tərtər, 3 fevral, AZƏRTAC
Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən X.Sadıqlı saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, ondan psixotrop maddə metamfetamin və “Kalaşnikov” avtomatı aşkarlanaraq götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, X.Sadıqlı barəsində həbs qətimkan tədbiri seçilib.