Meksika, Kanada və Çinə ticarət tariflərinin tətbiqi ABŞ prezidenti Donald Trampın seçki vədlərini yerinə yetirmək üçün atdığı ilk ekspansionist addım ola bilər.
Editor.az Sky News-a istinadla xəbər verir ki, Tramp Kanada və Qrenlandiyanı ələ keçirə bilər. Məlumata görə, xalqların müstəqilliyinə inanan hər kəsi ən çox narahat edən fikir Trampın Kanadanın ABŞ-a yeni dövlət kimi qoşulmasından danışarkən əslində bunu nəzərdə tutmasıdır. Mətndə həmçinin bildirilir ki, dövlət başçısı Danimarkanın baş naziri Mette Frederiksenlə görüşündə ada ilə bağlı tələblərindən geri çəkilmədiyi üçün Qrenlandiyaya qarşı hədələrindən əl çəkmək niyyətində deyil.
Qeyd edək ki, Tramp bundan əvvəl Meksika, Kanada və Çindən gələn mallara rüsum tətbiq edən fərman imzalamışdı. Qərar ABŞ-ın üç ən böyük ticarət tərəfdaşından idxala əhəmiyyətli dərəcədə yeni vergilərin tətbiqi deməkdir. ABŞ lideri qeyri-qanuni mühacirlərin və narkotiklərin ciddi təhlükəsi ilə bu yolla mübarizə aparmaq istədiyini deyir.
//Gülnarə Abasova, Editor.az