Suraxanıda ər-arvad dəm qazından boğularaq ölüb.

Leqal.info xəbər verir ki, hadisə rayonun Qaraçuxur qəsəbəsində qeydə alınıb.

Belə ki, 1936-cı il təvəllüdlü İsxaq Səfərəliyev və onun həyat yoldaşı, 1941-ci il təvəllüdlü Şeyda Səfərəliyeva evin qonaq otağında yerləşən qaz sobasından sızan dəm qazından boğularaq dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Leqal.info