AZ

Araz çayı boyunca Rusiya bayraqları yığışdırıldı

Ermənistan-İran sərhədindən Rusiya bayraqları yığışdırılıb.

Sherg.az Globalinfo.az-a istinadla xəbər verir ki, bunu erməni jurnalist Tatul Akopyan yazıb.

O bildirib ki, Rusiya bayraqları sərhəd-keçid məntəqələrindən götürülüb:

“Dünən mən Aqarağaya gedən yolda, eləcə də Araz çayı boyunca Şvanidzor yolunda Rusiya bayraqlarını görmədim. Başa düşdüyüm qədər Ermənistan-İran sərhədində yalnız bizim bayraqlarımız qalıb”.

Xatırladaq ki, 2025-ci il yanvarın 1-dən Rusiya sərhədçiləri Ermənistan-İran sərhədindəki sərhəd-keçid məntəqələrində xidməti dayandırıblar.
Seçilən
27
3
sherg.az

4Mənbələr