AZ

"Fələstinli məhbuslar azad olunana qədər işgəncələrə məruz qalıblar"

"Azadlığa çıxan fələstinli məhbusların ifadələri onların azadlığa çıxmazdan əvvəlki günlərdə və hətta son anlarına qədər pis rəftar və işgəncələrə məruz qaldıqlarını ortaya qoyub".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə HƏMAS məlumat yayıb.

Bildirilib ki, Fələstinli əsirlər fiziki və psixoloji işgəncələrə, tibbi laqeydliyə, aclığa, susuzluğa və dərman çatışmazlığına məruz qalıb.

"Bu, işğalçı dövlət tərəfindən sistematik şəkildə həyata keçirilən tam hüquqlu hərbi cinayətdir və məhbuslarla bağlı beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır", - deyə açıqlamada vurğulanıb.

Seçilən
8
1
operativmm.az

2Mənbələr