AZ

Hakan Fidan Qətərin paytaxtı Dohada diplomatik görüşlər keçirib

 

Türkiyənin Xarici işlər naziri Hakan Fidan Qətərin paytaxtı Dohada “Həmas” Şura Məclisinin sədri Məhəmməd Dərviş İsmayıl və Siyasi Büronun üzvləri ilə görüşüb. 

Xarici İşlər Nazirliyinin “X” hesabında edilən paylaşımda görüşdə Qəzzadakı humanitar vəziyyət və atəşkəslə bağlı məsələlərin müzakirə edildiyi bildirilib.

Hakan Fidan Dohada Yunanıstanın Xarici işlər naziri Yorqos Yerapetritis ilə də görüş keçirib. Fidanın Yerapetritis ilə görüşündə ikitərəfli əlaqələrlə yanaşı, regional və beynəlxalq proseslər də müzakirə olunub.



Seçilən
23
trt.net.tr

1Mənbələr