AZ

Növbəti “Peşəkar teatr dərsləri” Qazaxda təşkil olunacaq

Bakı, 3 fevral, AZƏRTAC

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) “Peşəkar teatr dərsləri” layihəsi çərçivəsində növbəti ustad dərsləri fevralın 3-10 tarixlərində Qazax Dövlət Dram Teatrında təşkil olunacaq.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, təlimlər rejissor Ceyhun Dadaşov və teatrşünas Dağlar Yusif tərəfindən keçiriləcək.

Layihənin əsas məqsədi region teatrlarında sənətin peşəkar əsaslarının tədrisi, yaradıcı, nəzəri-praktiki təcrübə mübadiləsi ilə peşəkarlıq səviyyəsinin artırılması və fəal yaradıcı mühitin formalaşdırılmasıdır.

Seçilən
5
1
azertag.az

2Mənbələr