Milli Məclisin 2025-ci ilin yaz sessiyasında ilk iclası başlayıb.
Avtosfer.az xəbər verir ki, Milli Məclisin sədri Sahibə Qafarova parlamentin yaz sessiyasını açıq elan etdikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Qeyd edək ki, iclasın gündəliyinə 16 məsələnin müzakirəsi daxil edilib.