Əvvəllər ABŞ-nin "şatl"ları yalnız 350 km-ə qədər yüksələ bildiyi üçün stansiyanın hündürlüyü aşağı saxlanırdı. Lakin Rusiya istehsalı olan "Soyuz" və "Proqress" gəmiləri 460 km-ə qədər uçmaq üçün sertifikatlaşdırılıb. "Şatl"ların uçuşları dayandırıldıqdan sonra MKİ-nin orta hündürlüyü 400 km-ə qaldırılıb. Alimlər hesab edir ki, elmi tədqiqatlar üçün 420 km-lik orbit kifayətdir.
MKİ-nin orbit hündürlüyü Günəş aktivliyi və kosmik tullantılar səbəbindən zamanla azalır. Buna görə də stansiyanın müntəzəm olaraq orbit düzəlişləri edilir. Bu günə qədər MKİ-nin hündürlüyü 373 dəfə korreksiya edilib, onlardan 214-ü "Proqress" kosmik gəmilərinin mühərrikləri ilə həyata keçirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31