ABŞ ordusunun İraqa müdaxiləsi ölkənin təhlükəsizliyini və konstitusiya azadlıqlarını pozan ABŞ milli kəşfiyyatının ən bahalı uğursuzluğu idi...
Poliqon xəbər verir ki, bu barədə ABŞ Milli Kəşfiyyat İdarəsinin direktoru vəzifəsinə namizəd Tulsi Qabbard Neewsweek üçün köşə yazısında bildirib.
O qeyd edib ki, işğal qərarı Yaxın Şərqdə kütləvi miqrasiya və sabitliyin pozulmasına gətirib çıxarıb və ABŞ-ın Avropadakı müttəfiqlərinin təhlükəsizliyini və sabitliyini pozub.
Bu, həmçinin İŞİD terrorçularının, "Əl-Qaidə" terror qruplaşmasının və digər təşkilatların güclənməsinə səbəb olub, İranı cəsarətləndirib.
Qabbard əlavə edib ki, Donald Trampın ABŞ-dakı prezident seçkilərində qələbəsi amerikalılar üçün məğlubiyyət seriyasını qırmaq və kəşfiyyat cəmiyyətinin silahlanmasına və siyasiləşməsinə son qoymaq üçün aydın mandatdır.
Poliqon.info