Azərbaycan Xarici İşlər Nazirliyi Pakistana başsağlığı verib.
News24.az xəbər verir ki, bu barədə XİN-in sosial media hesabında paylaşım edilib.
"Pakistan İslam Respublikasının Bəlucistan şəhərində t*rror aktı xəbərini dərin hüznlə qarşıladıq. Düşüncələrimiz və dualarımız qurbanların ailələri ilə birlikdədir və bu çətin zamanda Pakistanla həmrəyik. T*rrorizmin dağıdıcı təsiri ilə üzləşmiş Azərbaycan bu təhlükəyə qarşı bütün səyləri dəstəkləməyə tam sadiqdir", - qeyd edilib.
Qeyd edək ki, Pakistanın cənub-qərbində baş verən silahlı insident zamanı 18 hərbçi həlak olub, 24 döyüşçü zərərsizləşdirilib.