Bakı. Trend:
Podaqra orqanizmin müxtəlif orqan və toxumalarında sidik turşusukristallarının çökməsi və bunun nəticəsində yaranan iltihablaxarakterizə olunan sistem xəstəliyidir. Podaqra zamanı sidikturşusu kristalları oynaq və oynaqətrafı toxumalarda, böyrəklərdəvə digər orqanlarda sərt düyünlər (tofuslar) şəklində yığılır.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən Trend-ə verilən məlumatagörə, xəstəliyin diaqnostika və müalicəsi xəstəliyin formasındanasılı olaraq revmatoloq, travmatoloq və uroloq tərəfindən aparılır.Pasiyentin şikayətlərinə əsasən həkim təyinatı ilə tələb olunanmüayinələr icra edilir. Podaqranın müayinə və müalicəsi üçün lazımolan laborator analizlər, rentgen, ultrasəs müayinə, fizioterapiya,tibbi göstərişə əsasən stasionar müalicə icbari tibbi sığortahesabına qarşılanır.
Xəstəlik ən çox ayağın baş barmaqları, topuq, diz, barmaq, biləkvə dirsəklərə təsir etsə də, istənilən oynaqda inkişaf edə bilər.Ən çox görüldüyü yer ayaqda baş barmağıdır. Bu xəstəlik zamanıkəskin ağrılar, şişkinlik, hərəkətdə çətinlik, qızartı kimisimptomlar müşahidə olunur. İlk podaqra tutması, əsasən ayaq başbarmağının oynağında gecə qəfil ağrılarla başlayır və güclənərəkbir neçə gün davam edir. Oynağın dərisi qızarır və həmin nayihədəyerli temperatur artır.
İcbari tibbi sığorta ilə sözügedən tibbi xidmət tibbi göstərişvə həkim təyinatı əsasında TƏBİB-in tabeliyindəki dövlət tibbmüəssisələrində və Səhiyyə Nazirliyinin Elmi-TədqiqatTravmatologiya və Ortopediya İnstitutunda icra olunur.
Məlumat üçün bildirək ki, sözügedən xəstəlik genetik defektlər,artıq çəki, hipertoniya (yüksək qan təzyiqi), şəkərli diabet,böyrək xəstəlikləri, psoriaz, leykoz və bəzi dərman maddələrininistifadəsi səbəbindən yarana bilir. Hansı nayihədə əmələgəlməsindən asılı olmayaraq, müalicə gecikdirilməməlidir. Vaxtındamüalicə olunmadıqda, ciddi oynaq zədələnmələrinə səbəb ola,oynaqların deformasiyalarına gətirib çıxara, böyrəklərə də zərərverə bilər. Buna görə erkən diaqnoz və effektiv müalicə olduqcavacibdir.
Podaqranın müalicəsi üçün spirtli içkinin qəbulunu azaltmaq,artıq çəkini atmaq, fiziki aktivliklə məşğul olmaq, həkim təyinatıilə sidik turşusu mübadiləsinə təsir edən dərman preparatlarınınistifadəsi, fizioterapiya tövsiyə edilir.