AZ

Alış-veriş üçün Azərbaycana hansı ölkələrin vətəndaşları səfər edib? - SİYAHI

Ötən ilin dekabr ayı ərzində turizm məqsədi ilə Azərbaycana ümumilikdə 146 min 191 nəfər xarici ölkə vətəndaşı gəlib.

SeherXeber.org Yeniavaz.com-a istinadən xəbər verir ki, Azərbaycana səfər edən xarici ölkə vətəndaşlarının 342 nəfəri və ya 0,2%-i ölkəyə mağazalara baş çəkmək məqsədi ilə gəliblər.

Müqayisə üçün bildirək ki, əvvəlki ilin eyni dövründə Azərbaycana 125 min 430 nəfər turist gəlib və onların da 377 nəfəri və ya 0,3%-i ölkəyə mağazalara baş çəkmək məqsədi ilə gəlib.

Açıqlanan məlumatlardan da göründüyü kimi, mağazalara baş çəkmək üçün Azərbaycana gələn əcnəbilərin sayı azalıb.

Azərbaycana mağazalara baş çəkmək üçün gələnlər aşağıdakı ölkələrin vətəndaşları olub:

Gürcüstan – 123 nəfərRusiya – 52 nəfərQazaxıstan – 41 nəfərPakistan – 31 nəfərTürkmənistan – 30 nəfərTürkiyə - 25 nəfərBelarus – 19 nəfərUkrayna – 13 nəfərKüveyt – 9 nəfərÖzbəkistan – 8 nəfərAlmaniya – 6 nəfərLatviya – 5 nəfərİsrail – 4 nəfərMoldova – 3 nəfərABŞ – 2 nəfərNiderland – 2 nəfərBöyük Britaniya – 2 nəfərAvstriya – 1 nəfərBolqarıstan – 1 nəfər

Seçilən
44
1
seherxeber.org

7Mənbələr