AZ

Türkiyədə servis kanala AŞDI: 10 YARALI

Ajans.az xəbər verir ki, qəza nəticəsində xəsarət alan 10 işçidən 4-nə ambulator, 6-na isə stasionar müalicə göstərilib.

Abdioğlu Cümhuriyyət məhəlləsində sürücüsünün adı hələ dəqiqləşdirilməyən kənd təsərrüfatı işçilərini daşıyan mikroavtobus idarəetmədən çıxaraq boş suvarma kanalına aşıb.

Xəbərdarlıq üzərinə hadisə yerinə 112 Təcili Tibbi Yardım, jandarma və xilasetmə qrupları sövq edilib. Aşan vasitədə olan işçilər qruplar və vətəndaşlar tərəfindən olduqları yerdən çıxarılıb.

İşçilərin həyati təhlükəsinin olmadığı öyrənilib.

Seçilən
16
Ajans.az

1Mənbələr