ASCO-nun “Handysize” tipli “Murovdağ” quru yük gəmisi Magellan boğazını keçən Azərbaycanın ilk yük gəmisi olub. Bu hadisə ilə gəmi ölkəmizin dənizçilik tarixində yeni bir səhifə açıb.
ASCO-dan AZƏRTAC-a bildirilib ki, Çilinin Tokopilla limanından 33 min ton potassium nitratı ilə yola çıxan “Handysize” tipli gəmi Latın Amerikasının cənub sahili boyunca hərəkət edərək, dünyanın ən çətin və strateji əhəmiyyətli dəniz yollarından biri sayılan Magellan boğazından keçib.
Hazırda gəmi Atlantik okeanına doğru üzür və İspaniyanın Kadiz limanında yükünü boşaltması planlaşdırılır.