AZ

Qazaxıstanın aşağıbüdcəli şirkəti Astanadan Bakıya uçuşlara başlayacaq

Qazaxıstanın aşağıbüdcəli (loukosteri) “FlyArystan” şirkəti iyunun 2-dən Astana-Bakı-Astana marşrutu üzrə mövsümi reysləri həyata keçirməyə başlayacaq.

FED.az xəbər verir ki, aviaşirkət artıq bu marşrut üzrə biletlərin satışına başlayıb.

Uçuşlar həftədə iki dəfə - bazar ertəsi və cümə günləri həyata keçiriləcək.

Biletləri “FlyArystan”nın mobil tətbiqi, daşıyıcının rəsmi saytı və digər mövcud platformalar vasitəsilə əldə etmək mümkündür.(Report)

Seçilən
8
8
fed.az

9Mənbələr