İran İnqilab Keşikçiləri Qvardiyasının (Sepah) Hərbi Dəniz Donanmasına məxsus dörd gəmi birgə təlimdə iştirak etmək üçün Birləşmiş Ərəb Əmirliklərinə yola düşüb.
"Operativ Məlumat Mərkəzi-OMM" “Tasnim” agentliyinə istinadən xəbər verir ki, bunu Sepahın Hərbi Dəniz Qüvvələri komandanı admiral Əlirza Tanqsiri bildirib.
Onun sözlərinə görə, Hörmüz boğazında İraq da daxil olmaqla region ölkələrinin təlimi keçiriləcək:
“Biz Hörmüz boğazının təhlükəsizliyini təmin edirik".