AZ

Sərnişin sürücünü güllələdi - VİDEO

Rusiyada sürücüyə silahlı hücum ilə bağlı görüntülər sosial şəbəkələrdə  müzakirələrə səbəb olub. Telegram kanallarının yaydığı görüntülərdə Çelyabinskdə əlində silah olan sərnişinin sürücünü  hədələməsi əks olunub. 

“O, qışqırır və sürücünü başından vuracağı ilə hədələyir. Qeyri-adekvat sərnişin Çelyabinsk sakinlərini şoka salıb", - məlumatda deyilir.

Hadisə şahidləri insidenti lentə ala biliblər. Görüntülərdə əlində silah olan şəxsin sürücüyə qışqırması əks olunub. Sərnişinlərin tüstüdən boğulduqları üçün sürücüdən qapını açmasını xahiş etmələri də eşidilir.

Hadisənin 91 saylı avtobusda baş verdiyi bildirilir. Sərnişinlərin sözlərinə görə, hücum edən şəxs Salavat Yulayev küçəsindəki son dayanacaqda minib. Kişi oturması məsləhət görüləndə bu onun xoşuna gəlməyib. Bu xahişə görə cinayətkar qışqırmağa başlayıb və sürücünün buduna silahla atəş açıb. Bundan sonra bütün avtobus tüstü ilə dolub.



Tural

Seçilən
11
news365.az

1Mənbələr