AZ

Paytaxtın "Örnək müəllim"ləri - SİYAHI 

AzEdu.az Təhsil Portalı ölkə üzrə aktiv və nümunəvi işi ilə fərqlənən müəllimləri geniş ictimaiyyətə daha yaxından tanıtmaq məqsədilə xüsusi layihə həyata keçirib.

 

Layihə çərçivəsində örnək müəllimlərin nümunəvi peşə davranış və yenilikçi pedaqoji fəaliyyətini əks etdirən informativ materiallar ictimaiyyətə, xüsusilə də təhsil kütləsinə çatdırılır.


Paralel olaraq bu məlumat Portalımızda hazırlanan bölmədə öz əksini tapır. “Örnək müəllimlər” bölməsində öz peşə fəaliyyəti zamanı tətbiq etdiyi modern tədris metodları, təhsilalanların intellektual inkişafında önəmli rol oynayan yenilikçi addımları ilə seçilən və müəllimlərin işə qəbulu, sertifikasiya imtahanlarından yüksək nəticə əldə etmiş müəllimlər yer alıb.

 

Fəaliyyət coğrafiyası Bakını əhatə edən həmin 30 müəllimin siyahısı:

 

1.Zeynəb Ağayeva - İlham Məmmədov adına 261 nömrəli məktəb-liseyin Texnologiya və STEAM müəllim;

2.İlahə Quliyeva - 71 nömrəli tam orta məktəbin İngilis dili müəllimi;

3.Sərxan Yusifzadə - Bakı şəhər 251 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini;

4.Elnarə Nərimanova - Səbail rayonu 189-190 nömrəli tam orta məktəbin Biologiya və STEAM müəllimi;

5.Günel Məmmədova - 12 nömrəli tam orta məktəbin İbtidai sinif müəllimi;

6.Dilbər Məmmədova - Bakı şəhəri Nizami rayonu N.Həmzəyev adına 238 nömrəli tam orta məktəbin Rus dili müəllimi;

7.Tuqay Rzazadə - Binəqədi Rayon 298 nömrəli tam orta məktəbdə STEAM və Coğrafiya müəllimi;

8.Baba Seyidzadə - 207 nömrəli tam orta məktəbin Təsviri incəsənət və STEAM müəllimi;

9.Nigar Osmanlı - Yasamal rayonu 308 nömrəli tam orta məktəbdə İbtidai sinif müəllimi və “Müasir metodist” layihəsinin metodisti;

10.Ülkər Dərgahova - 227 nömrəli tam orta məktəbin İbtidai sinif və STEAM müəllimi ;

11.Könül Seyidova - 104 nömrəli tam orta məktəbin İbtidai sinif müəllimi, "Müasir metodist"layihəsinin metodisti;

12.Təranə Nuriyeva - Bakı şəhəri 44 nömrəli tam orta məktəbdə İbtidai sinif müəllimi;

13.Vüsal Məhərrəmov - Bakı şəhər Yusif Əliyev adına 195 nömrəli tam orta məktəbin Tarix müəllimi;

14.Ülviyyə Ələkbərova - 124 nömrəli tam orta məktəbin İbtidai sinif müəllimi;

15.İradə İmanbəyli - Bakı şəhər 312 nömrəli tam orta məktəbin Təlim tərbiyə işləri üzrə direktor müavini;

16.Fəridə Balayeva - Etibar Cəfərov adına 118 nömrəli tam orta məktəbin İbtidai sinif müəllimi;

17.Leyla Hacıyeva - S.C. Pişəvəri adına Humanitar Fənlər Gimnaziyasında Tədris işləri üzrə direktor müavini;

18.Nərmin Əhmədova - Xətai rayonu M.Hacıyev adına 116 N:li tam orta məktəbin İngilis dili müəllimi;

19.Gülnar Axundova - Tərəqqi liseyi 66 nömrəli məktəbin Azərbaycan dili müəllimi;

20.Reyhan Qurbanova - Bakı şəhəri 314 nömrəli tam orta məktəbin İbtidai sinif müəllimi;

21.Bəyazid İsazadə - Xətai rayonu İlqar Cəfərov adına 260 nömrəli tam orta məktəbin Fiziki tərbiyə müəllimi;

22.Zamir Dadaşov - 217 nömrəli tam orta məktəbdə Fizika-riyaziyyat müəllimi;

23.Kəmalə Mehdiyeva - Məktəb-Lisey Kompleksinin İbtidai sinif müəllimi;

24.Gülnar İbrahimli - Xətai rayon 17 nömrəli tam orta məktəbin İbtidai sinif müəllimi;

25.Kifayət Məmmədova - F Gözəlov adına 124 nömrəli tam orta məktəbin İngilis dili müəllimi;

26.Ülviyyə Rüstəmova - Bakı şəhəri Suraxanı rayonu 318 nömrəli tam orta məktəbin İbtidai sinif müəllimi;

27.Rəqsanə Haqverdiyeva - E.Sultanov adına 217 nömrəli tam orta məktəbin İngilis dili müəllimi;

28.Həcər Babayeva - Bakı şəhəri 307 saylı tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi;

29.Kəmalə Məmmədova - Bakı şəhəri 306 nömrəli tam orta məktəbdə İbtidai sinif müəllimi;

30.Dilarə Sultanova - Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi 113 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi.

 

Linkə keçid edərək "Örnək müəllim"lər haqqında ətraflı məlumat əldə edə bilərsiniz.

Seçilən
54
2
azedu.az

10Mənbələr