AZ

Paytaxtda avtomobil qaçıran şəxs saxlanıldı

Bakı. Trend:

Paytaxtın Nizami rayonu ərazisində “Honda” markalı avtomobilinqaçırılması barədə polisə məlumat daxil olub.

Trend xəbər verir ki, bu barədə Daxili İşlərNazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarınınkeçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəlibilinən 44 yaşlı S.Əsədov müəyyən olunaraq saxlanılıb.

Keçirilən digər tədbirlə isə rayon ərazisində bir nəfərə məxsusmopedi oğurlamaqda şübhəli bilinənlər 18 yaşlı F.Əliyev və birnəfər yeniyetmə də müəyyən olunaraq saxlanılıblar.

Nərimanov rayonu ərazisində isə polis əməkdaşlarınınkeçirdikləri tədbirlərlə bir nəfərin mopedini oğurlamaqda şübhəlibilinən 26 yaşlı Ş.Şixəliyev və 23 yaşlı Ş.İsmayılov da müəyyənolunaraq saxlanılıb.

Hər üç faktla bağlı araşdırma aparılır.

Seçilən
28
4
az.trend.az

9Mənbələr