AZ

Kamran Haqnəzərov MMA üzrə ölkə çempionu oldu - Foto/Video

Bir neçə yerli və beynəlxalq yarışların qalibi olan Kamran Haqnəzərov MMA üzrə ölkə çempionu titulunu da əldə edib. O, Respublika birinciliyində iki döyüş keçirib.

Xəzərnews.az xəbər verir ki, hər iki döyüşü qələbə ilə başa vuran Kamran Haqnəzərov bu dəfə özünü 73 kq çəki dərəcəsində sınayıb.

Tanınmış idmançı Ruslan Məmmədhəsənovun rəhbərliyi ilə yarışa hazırlaşan Kamran Haqnəzərov bundan əvvəlki qələbəsini də MMA üzrə əldə etmişdi.



Xatırladaq ki, Kamran Haqnəzərov 2010-cu ildə Bakı şəhərində anadan olub. Atası Elnur Haqnəzərov da tanınmış idmançıdır. 2014-cü ildən isə “Real Aykido” döyüş sənəti ilə məşğul olmağa başlayan K.Haqnəzərov “1 DAN qara kəmər ustası” adına layiq görülüb.





Xəbər 9 dəfə oxunub.
Seçilən
2
xezernews.az

1Mənbələr