1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Suriyanın şimalındakı Mənbic şəhəri ətrafında əsas yolda içində bomba olan avtomobil partladılıb.
Oxu.Az-ın "Reuters" nəşrinə istinadən xəbərinə görə, bu barədə Suriya Mülki Müdafiə Qüvvələrindən məlumat verilib.
Məlumata görə, partlayış nəticəsində 14 qadın və bir kişi olmaqla 15 nəfər həlak olub, daha 15 isə yaralanıb.
Bildirilib ki, onların hamısı kənd təsərrüfatı sahəsində çalışan işçilər olub.