AZ

Yaşıl enerjinin inkişafı sahəsində tərəfdaşlıq sazişi ratifikasiya edilib

Bakı. Trend:

Milli Məclis Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında yaşılenerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıqhaqqında Sazişi təsdiqləyib.

Trend xəbərverir ki, bu məsələ Milli Məclisin 2025-ci il yaz sessiyasının bugün keçirilən ilk plenar iclasında müzakirə edilib.

“Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və ÖzbəkistanRespublikası arasında yaşıl enerjinin inkişafı və ötürülməsisahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in təsdiq edilməsibarədə qanun layihəsi bir oxunuşda qəbul olunub.

Qeyd edək ki, Azərbaycan Respublikası, Qazaxıstan Respublikasıvə Özbəkistan Respublikası arasında imzalanmış “Yaşıl Enerjininİnkişafı və Ötürülməsi Sahəsində Strateji Tərəfdaşlıq haqqındaSaziş” üç ölkənin enerji sektorunda əməkdaşlığının yeni stratejiçərçivəsini müəyyən etmək məqsədilə hazırlanıb. Ötən ilinnoyabrında Bakıda keçirilən Birləşmiş Millətlər Təşkilatının İqlimDəyişmələri üzrə çərçivə Konvensiyasının Tərəflər Konfransının29-cu sessiyası (COP29) zamanı dövlət başçıları tərəfindənimzalanan bu sənəd, yaşıl və bərpaolunan enerji mənbələrinininkişafı, enerji təhlükəsizliyinin təmini və davamlı inkişafməqsədlərinə töhfə verilməsi üçün mühüm bir addımdır.

Sazişin əsas məqsədi Paris İqlim Sazişində nəzərdə tutulanistixana qazı emissiyalarının azaldılması hədəflərinə uyğun olaraqyaşıl enerjinin inkişafını təşviq etməkdir. Bu çərçivədə tərəflər,bərpaolunan enerji mənbələrinin istehsalı, ötürülməsi və ticarətisahəsində qarşılıqlı əməkdaşlıq edəcək, yaşıl hidrogen və yaşılammonyak texnologiyalarının tətbiqini dəstəkləyəcək. Həmçininlayihə Mərkəzi Asiya və Cənubi Qafqaz regionlarının enerjisistemlərinin inteqrasiyasını gücləndirərək bərpaolunan enerjininAvropa və digər bazarlara ixracını asanlaşdıracaq. Bu əməkdaşlıqhəmçinin Orta Dəhlizin inkişafı və Azərbaycanın Mərkəzi Asiyaölkələri ilə inteqrasiyasının dərinləşməsinə töhfə verəcək.Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, bu layihə MərkəziAsiya və Qafqaz regionlarının əməkdaşlığında yeni imkanlar açır vəXəzər dənizinin dibi ilə elektrik kabelinin çəkilməsi təkcə üç ölkəarasında deyil, həm də daha geniş miqyasda əməkdaşlığa xidmətedəcək.

Sazişin həyata keçirilməsi məqsədilə “Azərenerji” ASC,“Qazaxıstan Elektrik Şəbəkəsi Əməliyyat Şirkəti” və “ÖzbəkistanMilli Elektrik Şəbəkəsi” SC arasında “Yaşıl Dəhliz Birliyi” adlıBirgə Müəssisə təsis edilib. Bu müəssisə layihənin texniki-iqtisadiəsaslandırılmasının hazırlanması və icrası ilə bağlı zəruritədbirləri həyata keçirəcək.

Saziş qeyri-müəyyən müddətə bağlanıb və bu, tərəflər arasındauzunmüddətli əməkdaşlığın və davamlı inkişaf məqsədlərinin dahaeffektiv həyata keçirilməsinə imkan yaradacaq.

Saziş çərçivəsində bərpaolunan enerji sahəsində həyatakeçiriləcək layihələrə investisiyalar artırılacaq, Qara dənizdənkeçən enerji xətləri üzrə texniki və maliyyə imkanlarıaraşdırılacaq və yeni texnologiyaların tətbiqi ilə enerji istehsalıdaha səmərəli hala gətiriləcək. Bu məqsədlə sazişin icrasını təminetmək üçün Rəhbər Komitə və İşçi Qrup yaradılacaq. Bu qurumlarlayihələrin koordinasiyasını həyata keçirəcək və tərəflər arasındaəməkdaşlığın səmərəliliyini artırmaq üçün strateji planlarhazırlayacaq.

Azərbaycan üçün bu saziş enerji tranziti imkanlarınıgenişləndirmək və yaşıl texnologiyaların tətbiqində lider mövqeyinigücləndirmək baxımından mühüm əhəmiyyət daşıyır. Qazaxıstanınzəngin təbii resursları, Özbəkistanın geostrateji mövqeyi vəAzərbaycanın geniş enerji infrastrukturu tərəflərə qarşılıqlı faydatəmin edən birgə əməkdaşlıq imkanları yaradır.

Bu saziş yalnız enerji sektorundakı əməkdaşlığı deyil, həmçininAzərbaycan, Qazaxıstan və Özbəkistan arasındakı tarixi dostluqmünasibətlərini daha da möhkəmləndirərək onları beynəlxalq arenadabirgə güc mərkəzinə çevirir. Xüsusilə enerji təhlükəsizliyinintəmini və karbon emissiyasının azaldılması istiqamətində birgəsəylər üç ölkənin regionda davamlı inkişaf məqsədlərinə töhfəverməsinə şərait yaradır.

Saziş çərçivəsində yaşıl enerjinin inkişaf etdirilməsi və enerjitranziti üzrə nəzərdə tutulan addımlar, həmçinin Avropa və Asiyaenerji bazarlarında tərəflərin mövqeyini gücləndirəcək və regionuniqtisadi potensialının artırılmasına mühüm töhfə verəcək. Bu sənədyalnız enerji təhlükəsizliyini təmin etməklə kifayətlənməyib, həmdə dostluq və strateji tərəfdaşlığı yeni səviyyəyə qaldırmaq üçüngeniş imkanlar açır.

Seçilən
11
13
az.trend.az

10Mənbələr