AZ

“AFB Bank”ın Müşahidə Şurasına sədr - TƏYİN OLUNUB

Vüsal Şahverdiyev bu təyinatadək “Azərikard” MMC-də Müşahidə Şurasının üzvü, “ABB” ASC-də (Azərbaycan Beynəlxalq Bankı) Transformasiya Ofisinin direktoru, Strategiya Ofisinin direktoru və digər banklarda müxtəlif vəzifələrdə çalışmışdır.

FED.az anka istinadən xəbər verir ki, O, Azərbaycan Dövlət Neft Akademiyasında Beynəlxalq İqtisadi Münasibətlər ixtisası üzrə təhsil almış, Columbia Business School-un “Driving Strategic Impact” və Duke University Fuqua School of Business-in “Adaptive Strategic Execution” proqramları üzrə məzun olmuşdur.

Xatırladaq ki, “AFB Bank” 2008-ci ildə fəaliyyətə başlayıb. Onun nizamnamə kapitalı 70.39 milyon manatdır. Bankın səhmlərinin 99.64 %-i Hikmət Abuzər oğlu İsmayılova (“Azsığorta” ASC-nin 100 %-lik səhmdarı, “Bank of Baku” ASC-nin 31.11 %-lik səhmdarı), 0.18 %-i Cəmil Tahir oğlu Muradova, 0.18 %-i isə  Toğrul Hacıyev Ülvi oğluna məxsusdur.

 

Seçilən
7
2
fed.az

3Mənbələr