Qırğız Respublikasının Su Təsərrüfatı, Kənd Təsərrüfatı və Emal Sənayesi Nazirliyi yanında Baytarlıq Xidməti kənd təsərrüfatı heyvanlarının ixracına icazələrin verilməsini dayandırır.
Xezerxeber.az xəbər verir ki, bu barədə Qırğızıstanın "Kabar" agentliyi məlumat yayıb.
Bildirilir ki, bununla bağlı nazirliyin mətbuat xidməti məlumat yayıb. Məlumata görə, yanvarın 31-dən kənd təsərrüfatı heyvanlarının üçüncü ölkələrə ixracına dair icazələr bütün yoxlamalar tamamlanana və normativ bazaya dəyişikliklər edilənə qədər müvəqqəti olaraq dayandırılır.
Qeyd edilib ki, icazələrin bərpası barədə əlavə məlumat veriləcək.