AZ

Dövlət büdcəsinin xərcləri 36%-ə yaxın artıb

2025-ci ilin yanvar ayında dövlət büdcəsinin gəlirləri 16.9% artaraq 4 milyard 51.4 milyon manat, xərcləri isə 35.7% artaraq 2 milyard 339,6 milyon manat təşkil edib.

APA-Economics” Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, ötən ay büdcənin icrasında 1 milyard 711.8 milyon manat profisit yaranıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 30.4 milyon manat azdır.

Qeyd edək ki, dövlət büdcəsinin gəlirlərinin icrası aylıq proqnozdan 91.3 milyon manat və ya 2,3%, xərcləri isə 12.5 milyon manat və ya 0,5% çox icra edilib.

Seçilən
0
2
apa.az

5Mənbələr