AZ

İranın Azərbaycana qarşı siyasətində müsbətə doğru dəyişikliklər olacaq?

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev İrana səfər edib...

Politoloq: “Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin İrana səfər etməsi və Tehranda keçirdiyi görüşləri Azərbaycanİran arasındakı münasibətlərə müsbət təsir edəcəyi ehtimalı gözləntilərimiz arasındadır”.

“Belə görüşlər qarşılıqlı səfərlərlə tez-tez olur. Göründüyü kimi hər görüşdən sonra münasibətlərin yaxşı olacağı ehtimalı vurğulanır. Ancaq yenə də hər görüşdən sonra bu ehtimal yenidən gözləntilər arasında olur”.

Bu sözləri politoloq Azər Qasımov Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin İran səfərini Poliqon-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev İrana səfər etdi və Tehranda qonşu dövlətin rəsmiləri ilə görüşdü.

Bəs, bu səfər Azərbaycan üçün hansı səbəblərdən əhəmiyyətli ola bilər? Eyni zamanda, Hacıyev Tehrana hansı mesajları çatdırdı və bundan sonra İranın Azərbaycana qarşı siyasətində müsbətə doğru dəyişiklilər hiss olunacaq?

Azərbaycan-İran münasibətlərinin indiki mərhələsini Poliqon-un əməkdaşı politoloq Azər Qasımov ilə müzakirə edib.

Azər Qasımov: “Təbii ki, Hikmət Hacıyevin Tehrandakı görüşlərdə qarşı tərəfə çatdıracağı mesaj ilk növbədə Azərbaycanın İrana qarşı heç bir planının olmadığı mesajıdır”.

Zəngəzur dəhlizinin açılması məsələsində İranın maraqlarının qorunması mesajının verilməsinin mütləq olduğunu vurğulayan politoloq Poliqon-a bildirib ki, Azərbaycan tərəfinin İran dövlətinə qarşı olan səmimi münasibəti İran hakimiyyəti tərəfindən də doğru qiymətləndiriləcək:

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin İrana səfər etməsi və Tehranda keçirdiyi görüşləri Azərbaycanİran arasındakı münasibətlərə müsbət təsir edəcəyi ehtimalı gözləntilərimiz arasındadır. Məsələ ondadır ki, İran hakimiyyəti monolit olmadığı üçün hakimiyyətin müxtəlif qanadlarının mövqeyi burda əsas rol oynayır.

Belə görüşlər qarşılıqlı səfərlərlə tez-tez olur. Göründüyü kimi hər görüşdən sonra münasibətlərin yaxşı olacağı ehtimalı vurğulanır. Ancaq yenə də hər görüşdən sonra bu ehtimal yenidən gözləntilər arasında olur. Yəni gərginlik yenə hiss edilir. İran tərəfi hansısa təxribat xarakterli hərəkət edir. Hesab edirik ki, bu görüş ciddi olaraq münasibətlərdə dəyişiklik edə biləcək. Gərginliyin azaldılması Azərbaycanla yanaşı region üçün müsbət mühit vəd edir.

Təbii ki, Hikmət Hacıyevin Tehrandakı görüşlərdə qarşı tərəfə çatdıracağı mesaj ilk növbədə Azərbaycanın İrana qarşı heç bir planının olmadığı mesajıdır. Bunu Azərbaycan tərəfi dəfələrlə vurğulayır. Zəngəzur dəhlizinin açılması məsələsində İranın maraqlarının qorunması mesajı verilməsi mütləqdir. Hesab edirəm ki, Azərbaycan tərəfinin İran dövlətinə qarşı olan səmimi münasibəti İran hakimiyyəti tərəfindən də doğru qiymətləndiriləcək”.

Nərminə UMUDLU
Poliqon.info

Seçilən
0
1
poliqon.info

2Mənbələr