AZ

Prezidentin siyasətinə dəstək vermək üçün lazımi tədbirlər görülüb - Spiker

Milli Məclis Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin daxili və xarici siyasətini qanunvericilik səviyyəsində dəstəkləmək üçün lazımi tədbirlər görülüb.

Demokratikmusavat.com xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin yaz sessiyasının ilk iclasında çıxışı zamanı bildirib.  

Spiker bildirib ki, Milli Məclisin beynəlxalq fəaliyyəti sessiyalar arasındakı dövrdə də davam etdirib. 

“Deputatlarımız Asiya Parlament Assambleyasının komitə iclasında, ATƏT-in Parlament Assambleyasının büro iclasında, Şimali Kipr Türk Respublikasında keçirilən simpoziumda iştirak etmiş, Belarus Respublikasında Prezident seçkilərini müşahidə ediblər”, - o qeyd edib.

Yanvar ayının 21-də və 22-də Milli Məclis sədrinin başçılığı ilə İtaliyaya səfərinə toxunan spiker bildirib ki, səfər çərçivəsində İtaliya Deputatlar Palatasının sədri Lorenzo Fontana, İtaliya Senatının Avropa İttifaqı siyasəti komissiyasının, İtaliya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun üzvləri ilə görüşlər olub. 

“Bu görüşlərdə ölkələrimiz və parlamentlərimiz arasında əlaqələrə dair fikir mübadiləsi aparıldı. Azərbaycanın güclü və sabit ölkə kimi inkişaf etməsindən məmnunluq ifadə edilib. İtaliyanın Azərbaycanın ən yaxın tərəfdaşlarından biri olduğu, ölkələrimiz arasında münasibətlərin dostluq və əməkdaşlıq ruhunda inkişaf etdiyi bildirilib. 

Eyni zamanda, təhsil, elm və mədəniyyət sahələrində əlaqələrin böyük önəm daşıdığı bildirildi. Bu baxımdan Azərbaycanın, xüsusən Heydər Əliyev Fondunun İtaliyada həyata keçirdiyi mədəniyyət layihələrinin əhəmiyyəti vurğulanıb. 

Görüşlərdə həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələlər, o cümlədən regionda və daha geniş coğrafiyada mövcud olan vəziyyət barəsində də fikir mübadiləsi aparılıb.

Hesab edirəm ki, İtaliyaya rəsmi səfər uğurlu keçdi və bununla əlaqədar mən nümayəndə heyətinin üzvlərinə öz dərin minnətdarlığımı bildirirəm”, - spiker qeyd edib.

Mürtəza
Demokratikmusavat.com

 

Kriptovalyuta bazarında vəziyyət kəskin dəyişdi

Nazirlikdən qərar: Muay-tay Azərbaycan Kikboksinq Federasiyasının tərkibinə daxil edildi

Əfsanəvi Lionel Messi və komanda yoldaşları Bakıya gəlirlər

"Bilgəh" sanatoriyasının baş həkimi ambulator arayışı niyə qanunsuz sayır?

Ceyhun Bayramov İrana işgüzar səfərə yola düşüb

Ata məktəbli qızını paltarına görə döyüb pəncərədən atdı

Kənddə yaşayan əhali üçün hansı dövlət proqramları olmalıdır? - ŞƏRH

Diplom tanınmasına dair 9 nəfərə verilmiş şəhadətnamə ləğv olundu

Vəkillər Kollegiyası Qarabağ qazisinin ittihamı və iddiası qarşısında

SOCAR Slovakiyaya təbii qaz tədarükünə başlayıb

Seçilən
41
7
Demokratikmusavat.com

8Mənbələr