AZ

Qızını surroqat ana dünyaya gətirdi - FOTOLAR

“Emily in Paris”də baş rolu canlandıran məşhur aktrisa Lili Kollinz ana olub.

“Qafqazinfo” BBC-yə istinadən xəbər verir ki, körpəni surroqat ana dünyaya gətirib.

Lili və rejissor həyat yoldaşı Çarli Makdauell sosial şəbəkədə paylaşım edərək surroqat anaya təşəkkür edib, övladlarına Tove Ceyn adını verdiklərini bildiriblər.

Onlar son paylaşımı ilə hər kəsi şoka salıb. Makdauell onlara gələn mesajlara belə cavab verib: “Bütün xoş mesajlarınız və sevginiz üçün təşəkkür edirik. Biz çox xoşbəxtik. Surroqat analıq haqqında kobud mesajlara və uşaq sahibi olma qərarımıza gəlincə, surroqat analıq mütəxəssisi olmamaq normaldır. Kiminsə uşaq sahibi olmaq üçün surroqata ehtiyacı ola biləcəyini bilməmək də normaldır. Dünyaya nifrət dolu sözlər səsləndirməyə daha az vaxt sərf etmək yaxşıdır, xüsusən də insanların həyatına bu qədər sevgi gətirən gözəl körpə qız üçün”.

Qeyd edək ki, cütlük 2021-ci ildə evlənib.

Seçilən
25
50
cebheinfo.az

10Mənbələr