AZ

"Həm vətəndaş, həm də Süni İntellekt anlamalıdır" - Tahir Mirkişili

Azərbaycanda qanunvericilik aktları süni intellektin anlayacağı formatda hazırlanmalıdır.

Bunu Milli Məclisin deputatı Tahir Mirkişili bugünkü plenar iclasında bildirib.

Onun sözlərinə görə, hazırda süni intellekt mövcud qanunvericilik mətnlərini tam anlaya bilmir: "Hüquq, texniki və iqtisadiyyat sahələrində süni intellektin rolunun artması qanunvericilik aktlarının formatında dəyişiklikləri zəruri edir. Bu baxımdan, qanunların həm vətəndaşların, həm də süni intellektin başa düşə biləcəyi iki formatda hazırlanması vacibdir".

T. Mirkişili hesab edir ki, Milli Məclisin bu sahədə müəyyən resursu və təcrübəsi var.

Seçilən
25
5
aznews.az

6Mənbələr