AZ

Ukraynaya qarşı döyüşən erməni batalyonunun yaradıcısı partlayışda ağır yaralanıb

Moskvanın “Aviasiya” küçəsində yerləşən elit “Alıe parusa” yaşayış kompleksində partlayış olub.

Xezerxeber.az xəbər verir ki, ilkin məlumatlara görə, partlayışın törədilməsində məqsəd tanınmamış DXR-in Boks Federasiyasının prezidenti və “Arbat” batalyonunu yaradan 46 yaşlı erməni Armen Sarkisyana sui-qəsd olub. Rusiya mediasının yazdığına görə, bu şəxs Ermənistanda anadan olub, yeniyetmə yaşlarında Qorlovkaya köçüb. O, 2022-ci ilin sentyabrında Donbasda erməni batalyonunun yaradıldığını elan edib. Sarkisyanın ağır yaralandığı və xəstəxanadakı reanimasiya şöbəsinə çatdırıldığı bildirilir.

Partlayış nəticəsində bir nəfər ölüb, daha dörd nəfər yaralanıb. Hüquq-mühafizə orqanları insidenti sui-qəsd adlandırıb.

Hazırda təhqiqat aparılır və hadisənin detalları dəqiqləşdirilir.

Seçilən
41
5
xezerxeber.az

7Mənbələr