AZ

Moskvadakı partlayış məşhur vəkilin mənzilinin altında baş verib

Moskvadakı “Alıye Parusa” elit yaşayış kompleksində baş verən partlayış məşhur hüquqşünas Sergey Jorinin mənzilinin altında baş verib.

Bu barədə SHOT Telegram kanalı məlumat yayıb.

Jurnalistlərin məlumatına görə, hadisə baş verən zaman vəkil işdə olub. Jorin hadisə zamanı xəsarət alan Armen Sarkisyanla tanış olmasa da, onu yaşayış binasında gördüyünü söyləyib. Vəkil hadisə baş verəndən sonra öz mənzilinə hələ də baş çəkməyib, ona görə də dəymiş ziyanın həcmini müəyyən edə bilmir.

Qeyd edək ki, Moskvanın Aviaçionnaya küçəsində yerləşən “Alıe Parusa” elit yaşayış kompleksində partlayış fevralın 3-də səhər saatlarında baş verib. Partlayış 1-ci mərtəbədəki zalda tavanı qoparıb.



Tural

Seçilən
35
21
news365.az

10Mənbələr