AZ

Bakıda zəlzələ oldu? — AÇIQLAMA

Ötən gecə Bakının Biləcəri qəsəbəsində titrəyiş hiss olunduğu iddia olunur. 

Demokrat.az xəbər verir ki, məsələ ilə bağlı news24.az-a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən açıqlama verilib.

Mərkəzdən bildirilib ki, ötən gün ölkə ərazisində hər hansı zəlzələ və yeraltı təkanın baş verməyib: 

"Ötən gün yalnız yeraltı təkanlar Xəzər dənizinin Qazaxıstan ərazisində baş verib. Bakıda və ölkə ərazisində hər hansı bir zəlzələ və yeraltı təkan qeydə alınmayıb".

Seçilən
18
11
demokrat.az

10Mənbələr