AZ

Mbappe portuqaliyalı futbolçunu "Real"a məsləhət görüb

İspaniyanın "Real" klubunun futbolçusu Kilian Mbappe sabiq komanda yoldaşı Nunu Mendeşin transfer olunmasını istəyir.

"Cebheinfo.az"  "Report"-a istinadən xəbər verir ki, bu barədə “El Gol Digital” nəşri məlumat yayıb.

Hücumçu Fransa təmsilçisi PSJ-də çıxış edən portuqaliyalı cinah müdafiəçisini "Kral klubu"na məsləhət görüb.

Qeyd edək ki, Nunu Mendeş cari mövsüm Paris komandasının heyətində 23 oyun keçirib, 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

"Cebheinfo.az" 

Seçilən
25
3
cebheinfo.az

2Mənbələr