AZ

Məşhur separatçı Sarkisyan öldü

Moskvanın “Alıe parusa” elit yaşayış kompleksində baş verən partlayışda yaralanmış qondarma "Donetsk Xalq Respublikasının" Boks Federasiyasının rəhbəri, “Arbat” batalyonunun yaradıcısı Armen Sarkisyan xəstəxanada ölüb. Bu barədə 360.ru Telegram kanalı məlumat yayıb. Nəşr mənbəsinə istinad edib.

Onun ölümü ilə bağlı əlavə məlumat verilməyib.

Xatırladaq ki, fevralın 3-də səhər saatlarında Moskvanın Aviaçionnaya küçəsindəki binanın birinci mərtəbəsinin foyesində partlayış baş verib. Əvvəlcə şahidlər üç qurbanın olduğunu deyiblər. Daha sonra Baza Telegram kanalı beş qurbanın olduğunu yazıb. Sarkisyan isə ayağını itirmişdi.



Tural

Seçilən
30
news365.az

1Mənbələr