AZ

Ölkədə ictimai-siyasi sabitliyə yönələn istənilən təhdid uğursuzluğa məhkumdur

Bakı. Trend:

Azərbaycanın müstəqil siyasət yürütməsi, maraqlarını əzmləmüdafiə etməsi, iqtisadi cəhətdən güclənməsi, daxildəkiictimai-siyasi sabitlik, dini-etnik zəmində hansısa probleminolmaması anti-Azərbaycan şəbəkəni və bəzi xarici qüvvələri ciddinarahat edir. Ərazi bütövlüyü və suverenliyini təmin edən ölkəmizmilli təhlükəsizliyinə yönəlmiş istənilən geosiyasi təhdidizamanında aşkarlayır, qətiyyətli və sərt tədbirlərlə aradanqaldırır.

Azərbaycan dünyada dini-milli tolerantlığın, vicdan azadlığınınyüksək səviyyədə təmin olunduğu, multikultural dövlət kimi tanınır.İnsan hüquqları üzrə ixtisaslaşmış beynəlxalq təşkilatlarınhesabatlarında ölkədə müxtəlif dini konfessiyalar arasındakımünasibətlərin yüksək səviyyədə olduğu, dini azlıqların maraq vəmənafelərinin qorunduğu razılıqla bildirilir. Respublikamızda dindövlətdən ayrı olsa da, dünyəvi dövlət quruluşu dini dəyərlərininkişafı naminə atılan addımlarla, habelə xalqın qəlbində yertapmış İslami dəyərlərlə qətiyyən ziddiyyətə girmir.

Şübhəsiz, hər hansı səmavi din terrora və terrorçuluğa haqqqazandırmadığı kimi, terrorçunun dini, milləti, vətəni də olmur.Müstəqillik illərində Azərbaycanda din pərdəsi altında gizlənən,müəyyən xarici qüvvələrin ekstremist, məkrli niyyətlərininicraçısına çevrilən, ictimai-siyasi sabitliyi müxtəlif yollarlapozmağa çalışan qüvvələr zaman-zaman ifşa olunub, barələrindəqanuni ölçülər götürülüb. Son 15 ildə bəzi ölkə vətəndaşlarınınqeyri-qanuni yollarla Yaxın Şərqə, Suriyaya getməsi, terrorçuqruplaşmaların tərkibində vuruşmaları, onların Azərbaycana qayıtmışmüəyyən qisminin həbs olunması deyilənləri bir daha sübut edir.

Onu da xatırlatmaq lazımdır ki, hələ 2015-ci ildə paytaxtınNardaran qəsəbəsində, 2018-ci ildə Gəncə şəhərində törədiləndini-ekstremist mahiyyətli zorakılıqların, terror hadisələrininAzərbaycanda ictimai-siyasi sabitliyi pozmaq niyyəti güdən bəzidövlətlərlə bağlılığı real faktlar əsasında təsdiqini tapıb.2023-cü il martın 28-də Milli Məclisin deputatına qarşı sui-qəsdfaktı dövlətçiliyi təhdid etməyə uğursuz cəhdlər edən bəzi xariciqüvvələrin destruktiv xarakterini, ictimai-siyasi sabitliyinpozulmasına yönəlmiş təxribatçı addımlarını çılpaqlığı ilə ortayaqoyub.

Dövlət Təhlükəsizliyi Xidmətinin son illərdə ölkəmizə qarşıyaradılan çoxsaylı casus şəbəkələrini, terrorçu qruplaşmaları ifşaedərək zərərsizləşdirməsi bu təxribatçı fəaliyyətin miqyası barədəmüəyyən təsəvvür yaradır. Mütəmadi olaraq açıqlanan faktlargöstərir ki, sosial şəbəkələr üzərindən fəaliyyət göstərən müəyyənqruplar bəşəri insan hüquqlarına və Azərbaycanın Konstitusiyasınazidd olan, dini dövlətin yaradılmasına hesablanan radikal,dini-ekstremist ideyaların yayılmasına çalışırlar. Ölkəvətəndaşlarının gizli şəkildə qanunsuz hərbi qruplaşmalara cəlbolunması, onların maliyyələşdirilməsi, fəaliyyətlərininistiqamətləndirilməsi, ölkəmizin dövlət təhlükəsizliyi maraqlarınazidd olaraq istifadə edilməsi faktları deyilənləri təsdiq edir.

Dövlət Təhlükəsizliyi Xidməti və Daxili İşlər Nazirliyiəməkdaşlarının bu günlərdə birgə həyata keçirdikləri növbəti uğurluəməliyyat tədbirləri ilə Qusar rayonunda “Meşə qardaşları” adlıqanunsuz silahlı qruplaşmanın bir qrup üzvünün zərərsizləşdirilməsivə saxlanılması təsdiqləyir ki, beynəlxalq terror təşkilatları iləəlaqəli olan radikal dini-ekstremist qruplaşma üzvlərininterror-təxribat əməllərinin müəyyən edilməsi və qanunaziddfəaliyyətlərinin qarşısının alınması hər zaman aktual və zəruridir.Xatırlatmaq lazımdır ki, ölkənin güc strukturları hələ 2007-2010-cuillərdə adı çəkilən terror qruplaşmasına qarşı bir sıra uğurluəməliyyatlar həyata keçiriblər.

Həyata keçirilmiş son əməliyyat-istintaq tədbirləri ilə əvvəllər“Meşə qardaşları” adlı terror qruplaşmasının fəaliyyətində iştiraketdiyinə görə məhkum olunmuş bir qrup şəxsin Qusar ərazisindəterror aktları hazırlamaları, rayonun Hil, Cibir və Yasabkəndlərini əhatə edən meşə massivində yeraltı sığınacaqlaryaratmaları, həmin sığınacaqları silah-sursat, partlayıcı maddələr,texniki qurğular və digər zəruri ləvazimatlarla təchiz etmələritəsbit olunub. Görülmüş təxirəsalınmaz tədbirlərlə dəstə üzvlərininyeri müəyyənləşdirilib, silahlı müqavimət göstərənlərzərərsizləşdirilib və saxlanılıb.

Aşkar görünür ki, terror aktları törətməyi planlaşdıran qanunsuzsilahlı qrupun məqsədi ölkədə ictimai təhlükəsizliyi pozmaqlacəmiyyətdə xof və vahimə yaratmaq, dini ekstremizm meyillərinin başqaldırmasına çalışmaq, ümumən ictimai-siyasi sabitliyi pozmaq olub.Son hadisələr Azərbaycan dövlətinin həyata keçirdiyi qətiyyətlisiyasəti həzm edə bilməyən xarici və daxili qüvvələrin terroryoluna üz tutduğunu göstərir. Ölkəmizi müstəqil xarici siyasətindənmüxtəlif yollarla döndərməyə uğursuz cəhdlər edən müəyyən dairələrson vaxtlar bu cəhdlərin mənasızlığını aydın dərk edərək, insanlığaqarşı yönəlmiş açıq destruktiv “mübarizə vasitələri” –planlaşdırılmış terrora əl atmaqdan belə çəkinmirlər.

Son hadisələr göstərir ki, bu gün cəmiyyətdə din pərdəsi altındamüəyyən dövlətlərin əlində vasitəyə çevrilən, cəmiyyətdə xaosun vəkataklizmlərin yaranmasına çalışan destruktiv qüvvələr hələ dəmövcuddur. Buna baxmayaraq, ölkənin hüquq-mühafizə orqanlarının ilkgündən qanunçuluğun bərpası, terrorçuluğa qarşı mübarizə sahəsindəhəyata keçirdikləri qətiyyətli tədbirlər deməyə əsas verir ki,ictimai-siyasi sabitliyi pozmağa, dövlətin demokratik imicinə xələlgətirməyə, qəsdən qarşıdurma yaratmağa xidmət edən bütün zorakıcinayət əməlləri, indiyə qədər olduğu kimi, bundan sonra danəticəsiz qalacaq. Bu gün Azərbaycan ictimai asayişin etibarlışəkildə təmin olunması, kriminogen vəziyyətin nəzarətdə saxlanması,cinayətkarlığın bütün növlərinə qarşı mübarizənin səviyyəsi,əhalinin hər yüz min nəfərinə düşən cinayətlərin sayının azlığınagörə nəinki MDB məkanında, ümumilikdə bütün Şərqi Avropa bölgəsiüzrə ən nümunəvi dövlətlərdən sayılır.

Hər hansı təxribat cəhdi ilə vətəndaşların dövlətə vəhakimiyyətə olan etimadını zəiflətmək, ölkədə kriminogen vəziyyətingərginləşməsinə nail olmaq qətiyyən mümkün deyil. Yaxın tarixikeçmişimiz də sübut edib ki, dövlətçiliyə edilmiş bütün cinayətkarqəsdlər hakimiyyət-xalq birliyi sayəsində fiasko ilə nəticələnir.Xalqın dəstəyinə arxalanan ölkə iqtidarı bu cəhdlərin qarşısınıqətiyyətlə almağa, uzun illər ərzində formalaşmış möhkəmictimai-sabitliyi bundan sonra da əzmlə qoruyub saxlamağa,dövlətçiliyi sarsıtmağa, onun imicinə zərbə vurmağa çalışandestruktiv qüvvələri zərərsizləşdirməyə tam qadirdir.

MTM Analitik Qrup

Məqalədə:
Seçilən
11
az.trend.az

1Mənbələr