Tehran Cənubi Qafqazda təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsinə töhfə verməyə hazırdır.
"Yeni Azərbaycan" İran KİV-ə istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin (XİN) rəsmisi İsmayıl Bəqai qeyd edib.
"Qafqazda təhlükəsizlik, o cümlədən Azərbaycan və Ermənistan da daxil olmaqla, bütün qonşuların təhlükəsizliyi bizim üçün çox vacibdir. Bizim Azərbaycan və Ermənistanla uğurlu münasibətlərimiz var və son günlərdə diplomatik danışıqlar aktivləşib", - o bildirib.
İ.Bəqainin sözlərinə görə, İran iki ölkə arasında dialoqun inkişafına yardım etməyə hazır olduğunu bildirib.
Havar Şəfiyeva