AZ

Erməni batalyonu “Arbat”ın yaradıcısı Moskvadakı partlayışda ölüb

Bu gün səhər saatlarında Moskvada Aviasionnaya küçəsində yerləşən “Alıe Parusa” yaşayış kompleksində partlayış baş verib.

APA-nın Rusiya bürosu xəbər verir ki, yaşayış kompleksinin foyesində əldəqayırma partlayıcı qurğu işə salınıb.

Partlayış nəticəsində yaralanan Ukraynada Rusiya tərəfində döyüşən erməni batalyonu “Arbat”ın yaradıcısı Armen Sarkisyan ölüb.

Ağır vəziyyətdə reanimasiyaya yerləşdirilən Sarkisyan həyatını itirib.

Bildirilib ki, erməni batalyonunun yarıdıcısına sifarişli sui-qəsd olub və bu, dəqiqliklə planlaşdırılıb.
Qeyd edək ki, bu gün səhər saatlarında Moskvada Aviasionnaya küçəsində yerləşən “Alıye Parusa” yaşayış kompleksində partlayış baş verib. Yaşayış kompleksinin foyesində əldəqayırma partlayıcı qurğu işə salınıb. Nəticədə 1 nəfər ölüb, 5 nəfər yaralanıb. Rusiyanın teleqram kanalları ölən şəxsin Ukraynada Rusiyanın tərəfində döyüşən erməni batalyonu olan “Arbat”ın yaradıcısı, qondarma Donetsk Xalq Respublikasının Boks Federasiyasının prezidenti Armen Sarkisyan olduğunu yazıblar. İstintaqın versiyasına görə, erməni batalyonunun yaradıcısı mühafizçəliləri ilə birlikdə yaşayış kompleksinə daxil olarkən bomba işə düşüb. 1 kiloqram tratil gücündə olan bomba yaşayış kompleksinin foyesinə ciddi zərər vurub. Verilən məlumata görə, partlayış nəticəsində yaralılanların da vəziyyəti çox ağırdır. Bu səbəbdən onların xəstəxanaya təcili çatıdırlması üçün hadisə yerinə helikopter cəlb olunub.

Seçilən
38
9
azpolitika.info

10Mənbələr