Qazax rayon sakini faciəvi şəkildə ölüb.
Avtosfer.az xəbər verir ki, 1992-ci il təvəllüdlü Eyyub Ocaqverdiyev hamam otağında dəm qazından boğulub. O, yaxınlarının köməyi ilə Qazax Rayon Mərkəzi Xəstəxanasına aparılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Xatırladaq ki, fevralın 1-i Bakıda 89 yaşlı kişi ilə 84 yaşlı həyat yoldaşı da dəm qazından boğularaq ölüb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta