AZ

Səhiyyə Nazirliyi dövlət tibb müəssisələrinə işə qəbul prosesini rəqəmsallaşdırıb

Bakı. Trend:

Səhiyyə Nazirliyi milli səhiyyə sistemində müasir dövrün tələbivə innovativ düşüncə məhsulu olan Rəqəmsal Səhiyyə ekosisteminintətbiqi ilə bağlı tədbirləri davam etdirir.

Trendxəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetininmüvafiq Qərarı ilə təsdiq edilmiş “Dövlət səhiyyə sisteminə daxilolan tibb müəssisələrinə tibb işçilərinin işə qəbulu Qaydası”nınicrasını təmin etmək məqsədilə Səhiyyə Nazirliyinin “Vahid Səhiyyəİnformasiya Sistemi”nin (VSİS) “İşə qəbul” altsistemi hazırlanaraqistifadəyə verilib. Dövlət tibb müəssisələrinə işə qəbul prosesininrəqəmsallaşdırılmasında məqsəd şəffaflıq və aşkarlığın təminolunması, habelə namizədlərin sənədlərinin elektron qaydada vaxtitkisi olmadan operativ olaraq təqdim edilməsi imkanlarınınyaradılmasıdır.

Tibb işçiləri Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi,Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyivə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyindəki tibbmüəssisələrində öz ixtisaslarına uyğun mövcud vakansiyalar barədəməlumatı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmiinternet saytında(https://sehiyye.gov.az/tibb-iscileri/insan-resurslari/ və yahttps://kabinet.e-health.gov.az/modul/miq/vacancies) verilənelanlar vasitəsilə əldə edə bilərlər.

Qeyd edək ki, tibb işçilərinin işə qəbulu vakant vəzifəninolduğu tibb müəssisəsi tərəfindən müsahibə əsasında aparılır.Müsahibənin iki forması mövcuddur: daxili və ümumi müsahibə. Tibbmüəssisəsinin rəhbəri vəzifədə yüksəliş yolu ilə vakant vəzifənintutulması məqsədilə daxili müsahibənin keçirilməsi üçün vakansiyayarandığı gündən 3 (üç) iş günü müddətində qərar qəbul edir. Daxilimüsahibə nəticəsində vakant vəzifə tutulmadıqda tibb müəssisəsininrəhbərinin qərarı ilə həmin vəzifə ümumi müsahibəyə çıxarılır.

Həm daxili, həm ümumi müsahibədə iştirak etmək üçün namizədhttps://sehiyye.gov.az/ saytında vakansiya elan edilən gündənetibarən 15 (on beş) iş günü müddətində VSİS-nin müvafiqaltsistemində şəxsi kabinet yaradaraqqeydiyyatdan keçir vəuyğunvakansiyaları seçərək, öz ərizəsini təsdiq edir.

Nazirlik tərəfindən VSİS-nin müvafiq altsistemi vasitəsilənamizədin təqdim etdiyi sənədlərin düzgünlüyü qeydiyyat üçünnəzərdə tutulan müddətin bitdiyi tarixdən 5 (beş) iş günümüddətində avtomatlaşdırılmış qaydada yoxlanılır. Sənədlərinavtomatlaşdırılmış qaydada yoxlanması müsbət nəticələndikdəelektron poçt və (və ya) şəxsi kabineti vasitəsilə müsahibəyəburaxılması barədə namizədə, vakansiyanın aid olduğu tibbmüəssisəsinə və tibb müəssisəsinin tabe olduğu quruma məlumatverilir. Təqdim edilmiş sənədlərdə aradan qaldırılması mümkün olançatışmazlıqlar aşkar edildikdə, bu barədə ərizəçiyə 1 (bir) işgünündən gec olmayaraq məlumat verilir və ya göndərilir.

VSİS vasitəsilə əldə olunması mümkün olan sənədlər istisnaolmaqla işə qəbul olunmaq üçün tələb olunan sənədləraşağıdakılardır:

 xarici ölkələrdə təhsil alan namizədlərə münasibətdə onlarınxarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınmasınadair sənədinin surəti;
 elmi dərəcəsinin olduğunu təsdiq edən sənədin (olduğu halda)surəti;
 əmək kitabçasının notariat qaydasında və ya işəgötürən tərəfindəntəsdiq edilmiş surəti (ilk dəfə əmək fəaliyyətinə başlayanlaristisna olmaqla);
 ixtisas dərəcəsinin verilməsi barədə sənədin surəti;
 ixtisası və əmək funksiyası ilə bağlı əlavə təhsili barədəmüvafiq sertifikatlar (şəhadətnamələr).

Tibb müəssisəsi tərəfindən yaradılmış müvafiq komissiyatərəfindən namizədin potensial imkanlarından istifadə etməyinmümkünlüyünün aşkara çıxarılması və vəzifəyə uyğunluğununhərtərəfli qiymətləndirilməsi aparılır.

Namizədin vəzifəyə uyğunluğunun qiymətləndirilməsi və keçidbalları barədə məlumat https://e-qanun.az/framework/57500 saytındanəldə edilə bilər.

Tibb işçiləri sistemin istifadə qaydaları haqqında əlavə məlumatalmaq üçün isə aşağıdakı vasitələrlə Rəqəmsal Səhiyyə Mərkəzi iləəlaqə saxlaya bilərlər:

Telefon: 0124313828; 0555313828
E-poçt: [email protected].

Seçilən
36
8
az.trend.az

9Mənbələr