AZ

AFFA rəhbərliyi Yunis Hüseynovu təbrik etdi

AFFA rəhbərliyi millimizin sabiq futbolçusu Yunis Hüseynovu 60 illik yubileyi münasibətilə təbrik edib.

"Football-plus.az" xəbər verir ki, AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev Yunis Hüseynovla görüşərək ona federasiya adından təbrikləri çatdırıb, Azərbaycan millisinin 60 nömrəli formasını hədiyyə edib.

Qeyd edək ki, bu il fevralın 1-də Hüseynovun 60 yaşı tamam olub. O, futbolçu karyerası ərzində "Neftçi", "Kəpəz" və "ANS Pivani" klublarında oynayıb. O, baş məşqçi kimi isə "Karvan", "Standard", "Xəzər Lənkəran"da işləyib. Hazırda "Turan Tovuz"da baş məşqçinin köməkçisidi.

Seçilən
8
3
football-plus.az

4Mənbələr