AZ

Trampın qərarından dünya valyutaları dollar qarşısında ucuzlaşıb

ABŞ prezidenti Donald Trampın Kanada, Meksika və Çindən gətirilən mallara idxal rüsumları tətbiq etmək qərarı dolların əksər dünya valyutaları qarşısında möhkəmlənməsinə səbəb olub.

Korrespondent.az "Kommersant"a istinadla xəbər verir ki,  ABŞ dolları Kanada dolları qarşısında 1,2%, Meksika pesosu qarşısında isə 2% bahalaşıb. Hərracda 1 ABŞ dolları 1,47 Kanada dolları və 21,07 pesoya təklif olunub.

Meksika valyutası 2021-ci ilin noyabr ayından bu yana bu qədər aşağı düşməyib, Kanada valyutası isə 2003-cü ildən bəri yeni minimuma çatıb. Xarici birjalardakı ticarət zamanı dolların yuana nisbətdə məzənnəsi 7,37-yə çatıb ki, bu da Çin valyutası üçün antirekord olub. Çinin özündə birjalar Çin Yeni ili bayramı üçün fevralın 5-nə qədər bağlıdır.

Digər dünya valyutaları da dollar qarşısında ucuzlaşır. Beləliklə, avro dollar qarşısında 1,2% dəyər itirərək 2022-ci ilin noyabrından bəri ən aşağı səviyyəyə düşüb. Avstraliya dolları son 5 ilin ən aşağı səviyyəsinə düşüb, İsveçrə frankı isə ABŞ dolları qarşısında keçən ilin may ayından bəri ən aşağı qiymətə satılır.

Bu gün kriptovalyuta qiymətləri də aşağı düşüb. Son 24 saat ərzində rəqəmsal valyuta bazarının ümumi kapitallaşması 10% azalıb, ən böyük kriptovalyutaların bir çoxu son 24 saat ərzində 20%-dən çox ucuzlaşıb.

Seçilən
1
1
korrespondent.az

2Mənbələr