Bakı. Trend:
Əmək pensiyasının minimum məbləği 2025-ci il fevralın 1-dən 320manat məbləğində müəyyən olunacaq.
Trend xəbərverir ki, bu məsələ “Əmək pensiyaları haqqında” Qanuna təklifedilən dəyişiklikdə öz əksini tapıb.
Milli Məclisin 2025-ci il yaz sessiyasının bu gün keçirilən ilkplenar iclasında qanun layihəsi bir oxunuşda qəbul olunub.
Məlumat üçün bildirək ki, qüvvədə olan qanunvericiliyə əsasən,əmək pensiyasının minimum məbləği 2023-ci il fevralın 1-dən 280manat məbləğində müəyyən olunub.
Qeyd edək ki, bu qanuna uyğun olaraq təyin edilən əməkpensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağıolduqda, həmin məbləğə çatdırılmaqla ödənilir. Təyin edilən əməkpensiyasının məbləğinin əmək pensiyasının minimum məbləğinəçatdırılması məqsədilə bu maddəyə əsasən ödənilən məbləğ əməkpensiyasının sığorta hissəsinin tərkibi hesab edilir.
Xatırladaq ki, Prezident İlham Əliyev 2024-cü il dekabrın 23-də“Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərindavam etdirilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncamda NazirlərKabinetinə əmək pensiyasının minimum məbləğinin 2025-ci il fevralın1-dən 320 manata çatdırılmasına dair təkliflərini bir ay müddətindəAzərbaycan Respublikasının Prezidentinə təqdim etməktapşırılıb.