Fevralın 1-dən əmək pensiyalarının minimum məbləği 280 manatdan 320 manata qaldırılacaq.
Pravda.az-ın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Əmək pensiyaları haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Qanun layihəsi səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.
Tarix: 3 Fevral 2025, 15:29