Son zamanlar, o cümlədən bu gün Rusiyanın Həştərxan şəhəri üzərində hava məkanının mütəmadi olaraq bağlanması səbəbindən Azərbaycan Hava Yolları (AZAL) aviaşirkəti uçuşların təhlükəsizliyinin təmin edilməsi məqsədilə Bakı-Həştərxan-Bakı marşrutu üzrə bütün uçuşları qeyri-müəyyən müddətə dayandırır.Bu barədə "Ulusum".az-a AZAL-dan bildirilib.Bu istiqamət üzrə bileti olan sərnişinlər ödənişin tam geri qaytarılması və ya biletlərin ödənişsiz dəyişdirilməsi hüququna malikdirlər. Bunun üçün onlar [email protected] elektron poçt ünvanı vasitəsilə aviaşirkətə müraciət edə bilərlər."AZAL mövcud vəziyyəti diqqətlə izləməyə davam edir və sərnişinləri dəyişikliklər barədə məlumatlandıracaq", - deyə AZAL-dan bildirilib.
Diqqət Çəkənlər
Virus sərhəd tanımır: Donuz qripi Azərbaycana da keçə bilər
Tramp Kanada, Meksika və Çin mallarına yeni rüsumlar tətbiq edib
Professor: Ukrayna münaqişəsi Tramp üçün yeni Vyetnama çevrilə bilər